az-flag
rus-flag
eng-flag

News

Hamama estetik gözəllik verən və onun ayrılmaz hissəsi olan kafel və metlaxların seçilməsində diqqətli olmaq lazımdır. Çünki təmirin effektivliyini təmin etmək üçün müxtəlif mozaikalarla, şəkillərlə, illustrasiyalarla bəzədilmiş kafellər sizin dizaynınızın və zövqünüzün əsasını təşkil edəcəkdir. Hamam otağına daxil olan şəxs ilk olaraq onun kafel və metlax seçiminə heyran olmalıdır. Lakin, gözəl kafel seçimi ilə yanaşı onun yapışdırlıması, yapışma zamanı keyfiyyətin itməməsi, aralıq doldurma materialları və s. də öz sözünü deyəcək.Kafel və metlax niyə qopur, çatlayır və ya sınır? Bu sual bəzilərimizi çox düşündürsə də əslində cavabı elə də çətin deyil. Öncəliklə, hamam otağı suyun və boru xətlərinin ən çox olduğu məkandır. Burada kafel və metlaxın altında qalan isti və soyuq su, kanalizasiya boruları gələcəkdə təmirinizin korlanmasına səbəb olur. Bu problemlərdən qurtulmaq üçün təmirə başlamazdan əvvəl bütün sadalanan boruları yeniləmək lazımdır. Bundan əlavə seçilən kafel və metlax yapışdırıcıları istiyə və soyuğa davamlı olmalıdır. Çünki, zamanla davamsız yapışdırıcılar aşınmaya məruz qalaraq kafelin altında boşluqların yaranmasına səbəb olur. Bu boşluqların üzərində duran kafel və metlax yüklənməyə məruz qaldıqda sınma və çatlama ilə nəticələnir. Bu gün keramika və ya çini plitələr adlanan plitələr; Torpağın müəyyən qarışıqlarla hazırlanaraq preslənməsi, naxış verilməsi və yandırılması ilə hazırlanan döşəmə və divar örtüklərinə verilən addır.

 

Tərkibinə görə plitələr gil, kaolin, kvars, feldispat və əhəngdaşı kimi mineralların müxtəlif nisbətlərdə qarışdırılaraq palçıq, yəni kirəmitlərin xammalı əldə edilir.

 

Başqa sözlə, plitələr binaların interyerlərində nəm döşəmə divar örtüklərində geniş istifadə olunur.

 

Kafel divar plitələri yüksək su udma dərəcəsi olan materiallardır. Döşəmə keramikasından daha yüksək su tutma dərəcəsinə malikdir və daxili məkanlarda üstünlük verilir. Plitələr yükə və fiziki xüsusiyyətlərə məruz qalan daxili məkanlarda istifadə edilmir. Hər iki material arasında seçim sizin büdcənizə təlabatınıza uyğun şəkildə olmalıdır.

Contact us

Write to our whatsapp number with one click, we will help you immediately.